AYSUN "Millimizin üzvündən nümunəvi hərəkət"

22:21:57 | 2016-12-07

Qadınlardan ibarət yığma komandamızın və fəaliyyətini bu il dayandırmış " Neftçi" klubunun keçmiş üzvü Aysun Əliyeva Türkiyə mətbuatının gündəminə düşüb. Stadium.az saytının klubdan aldığı məlumata görə "Antalya Spor 1207" klubunda forma geyinən milli üzvü komansının "Kireçburnu" klubu ilə oynadıqları oyunda rəqib komandanın zədələnən Nigeriyalı üzvü  İjeoma Queenth Danielsı meydanın kənarında həkim yardımı edilməsi üçün kürəyinə alıb stadionun xaricinə aparmışdır.

Göstərdiyi nümunəvi jestə görə rəqib komanda üzvləri ona təşəkkür edərək Türkiyə Futbol federassiyasından ilin "Fair Play" mükafatının Aysuna verilməsini xaiş ediblər. 

Aysun Əliyeva  17 yaşlı xanımlardan ibarət yüksək liqada bu il iştirakını dayandıran "Neftçi" klubunda keçən mövsüm forma geyinmiş, millidə və klubunda göstərdiyi oyuna görə Türkiyənin "Antalya Spor 1207" klubundan təklif alaraq Türkiyədə legioner heyatina başlamışdır. "Antalya Spor 1207" klubu 10 klubun iştirak etdiyi Türkiyə Xanımlar Liqasında 4 oyundan sonra 10 xalla ilk pillədə qərarlaşıb.




ETİKET :  

Tümü